İsrail polisi ilə toqquşmalarda azı 386 fələstinli yaralanıb
Tarix: 19-06-2021 08:33 | Bölmə: Dünya
İsrail polisi ilə toqquşmalarda azı 386 fələstinli yaralanıb

İordan çayının qərb sahilində İsrail polisi ilə toqquşmalarda ən azı 386 fələstinli yaralanıb.

TASS xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Qızıl Aypara Cəmiyyətinin məlumatında deyilir ki, briqadalarımızın çalışdığı yaralıların ümumi sayı 386-ya çatıb.

Məlum olub ki, onlardan 286-sı gözyaşardıcı qazdan zəhərlənib, 55-i rezin güllələrlə atəş nəticəsində yaralanıb, 38 fələstinli yanıq xəsarətləri alıb, daha 7 nəfər isə əl qumbarası ilə yaralanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}