09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ermənistan ordusunun "Monax" ləqəbli keçmiş döyüşçüsü tutulub
Tarix: 21-06-2021 15:56 | Bölmə: Dünya
Ermənistan ordusunun "Monax" ləqəbli keçmiş döyüşçüsü tutulub

Ermənistan ordusunun keçmiş hərbçisi, Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Artur Ayvazyana qarşı xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb.

“Sputnik Armeniya” xəbər verir ki, məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Bildirilib ki, Ayvazyan saxlanıldıqdan sonra polis bölməsinə aparılıb. Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.

Onun vəkili Ara Zakaryan hansı xuliqanlıqdan söhbət getdiyini bilmir. Onun sözlərinə görə, müvəkkili hesab edir ki, siyasi məsələlərlə bağlı təqib edilir: “Ayvazyan müddətsiz aclıq elan edib”.

Məlumata əsasən, o, “Monax” ləqəbi ilə də tanınır/Report.




Bölməyə aid digər xəbərlər