09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
ABŞ Belarusa qarşı sanksiya tətbiq edib
Tarix: 21-06-2021 19:03 | Bölmə: Dünya
ABŞ Belarusa qarşı sanksiya tətbiq edib

ABŞ-ın Maliyyə Nazirliyi Belarus rəsmilərinə və dövlət qurumlarına qarşı sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin verdiyi xəbərə görə, sanksiyalar 16 fərdi şəxsə, beş idarə və quruma tətbiq olunub.

Sanksiyaya məruz qalan qurumlar arasında Belarus Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Brestoblispolkomun Daxili İşlər Departamenti, Minskdə Akrestsin küçəsində təcrid mərkəzinin adı var.

Belarus Prezidentinin mətbuat katibi Natalya Eismont, Belarus parlamentinin yuxarı palatasının sədri Natalya Koçanova, Belarus Dövlət Təhlükəsizlik Xidmətinin "Alfa" xüsusi təyinatlı qüvvələrinin komandiri Sergey Zubkov, Minsk polisinin rəisi Mixail Qrib və Belarus ədliyyə nazirinin müavini Sergey Kalinovski, ölkənin baş prokuroru Andrey Şvedə qarşı da sanksiya tətbiq olunub/APA.




Bölməyə aid digər xəbərlər