09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Gürcüstanda açıq havada maska taxmaq tələbi ləğv olunub
Tarix: 22-06-2021 11:30 | Bölmə: Dünya
Gürcüstanda açıq havada maska taxmaq tələbi ləğv olunub

Bu gündən etibarən Gürcüstanda açıq havada qoruyucu maskadan istifadə tələbi aradan qaldırılıb.

Bu barədə baş nazir İrakli Qaribaşvili brifinqdə bildirib.

O, maskadan ictimai nəqliyyat və qapalı məkanlarda istifadənin məcburi olacağını qeyd edib.

Gürcüstan hökumətinin digər qərarı ilə iyulun 1-dən komendant saatı tətbiq edilməyəcək/Report.




Bölməyə aid digər xəbərlər