09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
“ABŞ xam xəyal edir” - Şimali Koreya
Tarix: 22-06-2021 13:01 | Bölmə: Dünya
“ABŞ xam xəyal edir”

“ABŞ nahaq yerə Şimali Koreya ilə dialoqa ümid edir”.

Reyting.az
Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla xəbər verir ki, bunu KXDR lideri Kim Çen Inın bacısı, Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çjon bildirib.

"ABŞ Milli Təhlükəsizlik köməkçisi Ceyk Sallivan ABŞ-a dair partiyamızın Mərkəzi Komitəsinin plenumunda ifadə etdiyimiz mövqeyimizi maraqlı bir siqnal olaraq qəbul edib. Koreya atalar sözündə deyilir ki, hər şey təfsirdən asılıdır. Birləşmiş Ştatlar mövqeyimizi özünü təsəlli edəcək şəkildə şərh edir. Öz-özünə yaranan yalan gözləntilər onları məyusluğa qərq edəcək".

Bundan əvvəl Kim Çen In KXDR İşçi Partiyası Mərkəzi Komitəsinin plenumunda Pxenyanın həm dialoqa, həm də ABŞ-la qarşıdurmaya hazır olduğunu söyləyib.




Bölməyə aid digər xəbərlər