09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Merkel: "Türkiyəyə miqrantlarla bağlı maliyə yardımı davam etməlidir"
Tarix: 22-06-2021 16:09 | Bölmə: Dünya
Merkel: "Türkiyəyə miqrantlarla bağlı maliyə yardımı davam etməlidir"

"Türkiyəyə miqrantlarla bağlı maliyə yardımı davam etməlidir".

Bunu Almaniyanın kansleri Angela Merkel İtaliyanın baş naziri Mario Draqi ilə keçirdiyi görüşdə bildirib.

O, 3 milyondan çox miqrantı qəbul edən Türkiyəyə Avropa İttifaqı tərəfindən maliyə dəstəyinin davam etdirilməsinin vacib olduğunu vurğulayıb.

A.Merkel Aİ-nın Türkiyəyə dəstəyinin davam etməsinin lazım olduğunu da söyləyib: "Düşünürəm ki, hər birimiz Türkiyənin əməkdaşlığı olmadan prosesə davam edə bilməyəcəyimizi qəbul edirik"/Report.




Bölməyə aid digər xəbərlər