09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
AŞPA COVID-19-la bağlı daha bir qətnamə qəbul edib
Tarix: 23-06-2021 11:38 | Bölmə: Dünya
AŞPA COVID-19-la bağlı daha bir qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) COVID-19 pandemiyasının uşaq hüquqlarına mənfi təsirinə dair qətnamə qəbul edib.

Reyting.az
xəbər verir ki, AŞ PA üzv dövlətləri uşaqları pandemiyanın mənfi nəticələrindən qorumaq və onların beynəlxalq hüquq normalarına uyğun şəkildə müdafiə olunmalarını təmin etmək üçün müvafiq tədbirləri gücləndirməyə çağırıb.

Qətnamədə bildirilir ki, pandemiya sosial-iqtisadi parçalanmanı gücləndirib və bu gün xeyli sayda uşaq bundan əziyyət çəkir. Kasıb ölkələrdə uşaq ölümü, uşaq əməyinin istismarı, onlar arasında nikah halları və azyaşlılarla pis rəftar olunması kəskin surətdə çoxalıb.

Bu mənfi halların qarşısının alınması üçün AŞ PA dövlətlərə valideynlərin vəziyyətini yaxşılaşdırmağa və onların uşaqlarının həyatında daha yaxından iştirak edə bilmələri üçün imkanlarını genişləndirmək üçün tədbirlər görməyi tövsiyə edir.




Bölməyə aid digər xəbərlər