09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
İranlı jurnalistləri daşıyan avtobus aşıb, ölən və yaralananlar var
Tarix: 23-06-2021 20:42 | Bölmə: Dünya
İranlı jurnalistləri daşıyan avtobus aşıb, ölən və yaralananlar var

İranlı jurnalistləri daşıyan avtobus aşıb.

Bunu Nəqədə şəhər başçısı Mənuçehr Şakir deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan əyalətində yerləşən Kani Sib su bəndindən reportaj hazırlamaq məqsədilə Nəqədə şəhərinə səfər edən jurnalistlərin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yaralı jurnalistlərdən bir neçəsinin vəziyyəti ağırdır.

Yaralılar Nəqədə şəhər xəstəxanasına yerləşdirilib.

Ölən jurnalist xanımlar "İRNA" və "İSNA" agentliklərinin əməkdaşlarıdır/APA.




Bölməyə aid digər xəbərlər