09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
İsraildə yenidən maska taxma tələbi - Qərar
Tarix: 25-06-2021 11:38 | Bölmə: Dünya
İsraildə yenidən maska taxma tələbi

Bu gündən etibarən İsraildə koronavirus hallarının artması ilə əlaqədar qapalı məkanda maska taxmaq tələbi bərpa olunur.

Reyting.az
“Haaretz”ə istinadla xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib. "Bu gün saat 12.00-dan etibarən açıq sahələr istisna olmaqla, hər yerdə maska taxma məcburiyyəti tətbiq olunur".

Bu həftənin əvvəlində İsrail Baş naziri Naftali Bennett “Delta” ştammının yayılması ilə əlaqədar xaricə səyahətdən çəkinməyə çağırıb.

Xatırladaq ki, İsraildə koronavirus səbəbiylə demək olar ki, bütün karantin məhdudiyyətləri iyunun 1-dən etibarən, xüsusən də, içəridə və açıq havada insan sayındakı məhdudiyyətlər qaldırılıb. 15 iyundan bəri vətəndaşlara qapalı yerlərdə maska taxmama icazə verilib.

Əhalinin COVID-19-a qarşı kütləvi vaksinasiyası keçən ilin dekabrından başlanıb və proses çoxdan bitib.




Bölməyə aid digər xəbərlər