09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Afrikada çoxərliliyə icazə veriləcəkmi?
Tarix: 28-06-2021 11:52 | Bölmə: Dünya
Afrikada çoxərliliyə icazə veriləcəkmi?

Cənubi Afrika hökumətinin poliandriyanı və ya çoxərliliyi leqallaşdırmaq təklifi mühafizəkar dairələrin etirazına səbəb olub.

Reyting.az
“BBC News”a istinadla xəbər verir ki, bu, mövzunu araşdıran tanınmış alim, professor Kollis Maçoko üçün sürpriz deyil. “Afrika cəmiyyəti həqiqi bərabərliyə hazır deyil. İdarə edə bilməyəcəyimiz qadınlarla nə edəcəyimizi bilmirik".

Dörd arvadı olan iş adamı və televiziya aparıcısı Musa Mseleku çoxərliliyin əleyhinə olanlardan biridir. “Bu, Afrika mədəniyyətini məhv edəcək. Bəs bu insanların uşaqları necə olsun? Şəxsiyyətlərini necə müəyyənləşdirəcəklər? Artıq bir qadın bir kişi üçün lobola [başlıqpulu] ödəyəcəkmi? Bu adamın soyadını daşıyacaqmı?!”

Cənubi Afrika hamı üçün eyni cinsli evlilik və kişilər üçün çoxarvadlılıq təmin edən dünyanın ən liberal konstitusiyalarından birinə sahibdir. Professor Maçoko çoxərliliyin bir vaxtlar Keniya, Konqo Demokratik Respublikası və Nigeriyada tətbiq olunduğunu və bu günə Qabonda qaldığını bildirib.




Bölməyə aid digər xəbərlər