Keçmiş prezident 15 ay müddətinə həbs edilib
Tarix: 29-06-2021 17:41 | Bölmə: Dünya
Keçmiş prezident 15 ay müddətinə həbs edilib

Cənubi Afrika Respublikasının (CAR) Ali Məhkəməsi keçmiş prezident Ceykoba Zumanı 15 ay müddətinə azadlıqdan məhrum edib.[b][/b]

Məlumatı BBC yayıb.

O, məhkəməyə hörmətsizlik etdiyi üçün həbs edilib. C.Zuma ittihamları rədd edib.

Korrupsiyaya qarşı mübarizə komissiyasını boykot etməsi və məhkəmə zalına gəlməkdən imtina etməsi səbəbindən ona qarşı ittiham irəli sürülüb.

Məlumata görə, keçmiş prezident barəsində 16 maddə üzrə cinayət işi açılıb. O, rüşvətxorluqda və bağlanan dövlət müqavilələrindən faiz almaqda, çirkli pulların yuyulmasında ittiham edilir.

Qeyd edək ki, C.Zuma 2009-cu il mayın 9-dan 2014-cü il fevralın 14-dək Cənubi Afrka Respublikasının prezidenti olub. 2014-cü ildə prezidentliyin ikinci dövründəki andiçmə mərasiminə Çin, Hindistan, Rusiya nümayəndə göndərsə də, ABŞ və Britaniya tədbirə təmsilçi göndərməkdən imtina etmişdi/Report




Bölməyə aid digər xəbərlər