09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Həmkarları “Mossad” şefinin mühakimə olunmasını istəyir
Tarix: 30-06-2021 11:14 | Bölmə: Dünya
Həmkarları “Mossad” şefinin mühakimə olunmasını istəyir

Bəzi İsrail rəsmiləri “Mossad”ın sabiq rəhbəri Yossi Koenin mühakimə olunmasına çağırış edib.

Reyting.az
“Maariv”ə istinadla xəbər verir ki, onlar Koeni İranla əlaqəli məlumatları sızdırmaqda təqsirləndiriblər.

Yüksək səviyyəli hərbi kəşfiyyat məmuru Yossi Lanqutski və həmkarı Conni Arnon Ali Məhkəməyə müraciət edərək araşdırma aparmağa çağırıblar. İddiaçılar Koenin İranla əlaqəli gizli məlumatları yayımladığını və buna görə dindirilməli olduğunu əsas gətiriblər.

Dəlil olaraq “Mossad” rəhbərinin “Channel 12” telekanalına verdiyi müsahibədir. 2018-ci ildə İrandan nüvə fayllarının oğurlanmasından danışan Yossi Koen gizli əməliyyatda təxminən 20 casusun iştirak etdiyini, əməliyyatdan 2 il əvvəl “Mossad”casuslarının Tehranın yaxınlığında baza qurduğunu iddia edib.




Bölməyə aid digər xəbərlər