09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
“Taliban”: “Türkiyə qardaş ölkədir, amma...”
Tarix: 30-06-2021 12:01 | Bölmə: Dünya
“Taliban”: “Türkiyə qardaş ölkədir, amma...”

“Türkiyə də NATO üzvüdür, onun Əfqanıstanda mövcudluğunu istəmirik”.

Reyting.az
“İLNA”ya istinadla xəbər verir ki, bunu “Taliban” hərəkatının sözçüsü Zəbibullah Mücahid bildirib.

Onun sözlərinə görə, Əfqanıstanda sülhün pozulmasının əsl təqsirkarı əslində, hökumət qüvvələridir: “Taliban”a qarşı hücumlar var. Təbii ki, özümüzü də müdafiə etməli idik. O gündən bəri 2000 hökumət əsgəri bizə qoşulub. Bir çoxları bu irəliləyişlərin kökündə amerikalıların Doha müqaviləsini görürürlər. Doha razılaşmasının fəaliyyətimizlə heç bir əlaqəsi yoxdur. Müharibənin əhatə dairəsini məhdudlaşdırmalıyıq. ABŞ sentyabr ayına qədər Əfqanıstandan ayrılacağını bildirib. Amma Pentaqon bu yaxınlarda “Taliban” hücumlarına görə Əfqanıstanda təxminən 600 əsgər saxlaya biləcəyini açıqlayıb. Əfqanıstan hökumətinin Kabil hava limanında Türkiyə qüvvələrinin olacağını elan etməsi də bizim üçün heç nəyi dəyişmir. Türkiyənin qardaş və İslam ölkəsi olduğuna inanırıq, amma gerçəklik budur ki, Əfqanıstanda mövcud olmaq istəsələr, Əfqanıstan xalqı, şübhəsiz ki, onlarla mübarizə aparacaq. Çünki Türkiyə ilə ABŞ arasında heç bir fərq yoxdur, Türkiyə NATO üzvüdür. Onları və bütün xarici qüvvələri Əfqan torpaqlarında olmasının qəbuledilməz olduğu barədə açıq şəkildə xəbərdar edirik. Buna görə də Türkiyənin Əfqanıstan davasına baş qoşmamasını istəyirik”.

Zəbibullah Mücahid “Taliban”ın 2000-ci ildən bəri çox dəyişdiyini iddia edib. “Xüsusilə İran və Pakistan kimi qonşu ölkələrin xalqları mövqelərimizi daha yaxşı bilməlidirlər. Bu yaxınlarda Molla Mənan Niyazi adlı bir “Taliban” səhra komandirinin İranı, konkret olaraq, Xorasan vilayətini təhdid etdiyi bir video yayımlanıb. “Taliban”dan ayrılan Mənan Niyazi kimi bəzi insanlar, “İslam Əmirliyi”ni ümumiyyətlə, təmsil etmirlər. Bu şəxslərin ifratçılığını dəfələrlə rədd etdik və bu cür mövqelərə dair xəbərdarlıq etdik. Onlar bizdən deyil”.

“Taliban” sözçüsünün sözlərinə görə, Çin və Rusiyadan tutmuş İran və Pakistana qədər bütün qonşularla əlaqələr yenidən nəzərdən keçiriləcək.

O, qeyd edib ki, hazırda hərəkat Əfqanıstan ərazisinin 83 faizinə nəzarət edir.




Bölməyə aid digər xəbərlər