09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ermənistanda 7 nəfər qara yara xəstəliyinə yoluxub
Tarix: 02-07-2021 10:58 | Bölmə: Dünya
Ermənistanda 7 nəfər qara yara xəstəliyinə yoluxub

Ermənistanın Gümrü şəhər yolxucu xəstəliklər hospitalına sibir yarası simptomu ilə 7 nəfər yerləşdirilib.

“Armenpress” xəbər verir ki, bunu Şirak vilayətinin Anin rayonunun İsaakyan kəndinin icra nümayəndəsi Artavazd Arsenyan bildirib.

Onun sözlərinə görə, kənddə 6 iri buynuzlu və 1 xırdabuynuzlu heyvanda sibir yarası (qara yara) simptomları aşkarlanıb.

A.Arsenyan bildirib ki, kəndin 7 sakini hospitala yerləşdirilib: “Bu gün yeni hadisə qeydə alınmayıb”.

Qara yara simptomu ilə hospitala yerləşdirilənlər heyvan otarıb, qəssablıqla məşğul olublar.




Bölməyə aid digər xəbərlər