Rumıniyanın ən iri neft emalı zavodunda partlayış olub
Tarix: 02-07-2021 17:40 | Bölmə: Dünya
Rumıniyanın ən iri neft emalı zavodunda partlayış olub

Rumıniyanın Konstansa şəhəri yaxınlığında “Petromidiya” neft emalı zavodunda partlayış olub.

Məlumatı “Digi 24” yayıb.

Bildirilib ki, hadisə iyulun 2-də günorta saatlarında Konstansa şəhərindən 25 km şimalda baş verib. Partlayış nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb.

Partlayışdan sonra hadisə yerində yanğın başlayıb. Məlumata görə, bu, Rumıniyanın ən iri neft emalı zavodudur.

Partlayışın səbəbi hələ məlum deyil/Report.




Bölməyə aid digər xəbərlər