Kanadada istidən 719 ölüm qeydə alınıb
Tarix: 03-07-2021 11:03 | Bölmə: Dünya
Kanadada istidən 719 ölüm qeydə alınıb

Anomal istilər Kanadanın Britaniya Kolumbiyası əyalətində 719 nəfərin ölümünə səbəb olub.

Reyting.az
CBC-yə istinadla xəbər verir ki, bunu əyalət valisi Liza Lapoynt bildirib.

Əvvəllər əyalətdə 500-ə yaxın ölüm hadisəsinin olduğu bildirilmişdi. Yerli meteoroloji xidmət daha bir tarixi temperatur rekordunu qeydə alıb – 49,5 dərəcə.

"Bu məlumatları açıqlayırıq, çünki Britaniya Kolumbiyasının son bir həftədə yaşadığı ekstremal hava şəraitinin ölümlərin artmasına əhəmiyyətli dərəcədə təsir etdiyini düşünürük", - deyə Lapoynt qeyd edib.




Bölməyə aid digər xəbərlər