İndoneziyanın birinci prezidentinin qızı COVID-19-dan vəfat edib
Tarix: 03-07-2021 14:26 | Bölmə: Dünya
İndoneziyanın birinci prezidentinin qızı COVID-19-dan vəfat edib

İndoneziyanın birinci prezidenti və “qurucu-atası” Sukarnonun qızlarından biri, tanınmış indoneziyalı siyasətçi Raçmavati Sukarnoputri 71 yaşında koronavirus infeksiyasından vəfat edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzetinin internet versiyası məlumat yayıb.

Məlumatda deyilir ki, İndoneziyanın birinci prezidentinin qızı, digər sabiq prezident Meqavati Sukarnoputrinin bacısı, Böyük İndoneziya Hərəkatı Partiyasının liderlərindən biri olan Raçmavati Sukarnoputri ötən həftə COVID-19 simptomu ilə xəstəxanaya yerləşdirilmişdi/Report.




Bölməyə aid digər xəbərlər