Albaniya da Türkiyədən dron almaq istəyir
Tarix: 03-07-2021 16:33 | Bölmə: Dünya
Albaniya da Türkiyədən dron almaq istəyir

Albaniya, silahlı Türkiyə pilotsuz təyyarələrinin alınması üçün büdcədən 9,7 milyon dollar ayırıb. Reyting.az “Ahval”a istinadla xəbər verir ki, Albaniya parlamenti, ölkənin Müdafiə Nazirliyinə pilotsuz təyyarələrin alınması üçün yuxarıdakı vəsaitin ayrılmasını artıq təsdiqləyib.

Albaniya Baş naziri Edi Rama, daxili işlər naziri Bledi Kuça da daxil olmaqla, kabinet nazirləri ilə iyun ayının əvvəlində Türkiyədə olublar. Kuçi, “Bayraktar TB2” də daxil olmaqla, bir çox Türk pilotsuz təyyarəsinin istehsalçısı olan “Baykar Defence”yə baş çəkib və ölkəsinin "Türk dronlarının Albaniyada mülki və hərbi məqsədlər üçün istifadə edilməsinin mümkünlüyünü qiymətləndirdiyini" bildirib.

Albaniyanın Türk pilotsuz təyyarələrini almaq niyyəti, yanvar ayında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə müqavilənin imzalanmasından sonra baş verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra bunun Türkiyə-Albaniya münasibətlərini "strateji tərəfdaşlıq səviyyəsinə" qaldırdığını söyləyib.




Bölməyə aid digər xəbərlər