Ali Məhkəmədə təhvil-təslim: İbrahim Rəisi kürsünü boşaldıb
Tarix: 05-07-2021 12:02 | Bölmə: Dünya
Ali Məhkəmədə təhvil-təslim: İbrahim Rəisi kürsünü boşaldıb

Bu gün İranda sabiq Ali Məhkəmə sədrinin vida və yeni sədrin fəaliyyətə başlaması mərasimi keçirilib.

Reyting.az
İRİB-ə istinadla xəbər verir ki, iyunun 18-də keçirilmiş seçkilərdə prezident seçilmiş İbrahim Rəisi vəzifə kürsüsünü Qulamhüseyn Mohseni Ejeiyə təhvil verib. Sonuncu şəxs artıq Ali Məhkəmənin sədri vəzifəsini icra edəcək. Onun təyinatı haqqında İranın Ali lideri Ayətullah Xamnəi fərman imzalayıb.

İbrahim Rəisi isə avqustun 3-dən etibarən İranın 13-cü prezidenti kimi fəaliyyətə başlayacaq.




Bölməyə aid digər xəbərlər