Rusiya FTX: terror törətmək istəyən 6 silahlı məhv edilib, 2 nəfər saxlanılıb
Tarix: 05-07-2021 12:44 | Bölmə: Dünya
Rusiya FTX: terror törətmək istəyən 6 silahlı məhv edilib, 2 nəfər saxlanılıb

“İslam Dövləti” ilə əlaqəli şəxslərin Moskva, Astraxan və Kabardin-Balkar Respublikasında törətməyi planlaşdırdıqları silsilə terror aktlarının qarşısı alınıb: 6 silahlı məhv edilib, 2 nəfər saxlanılıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb.

“İslam Dövləti” ilə əlaqəli şəxslərin 2021-ci ilin yayında Rusiya ərazisində həyata keçirməyi planlaşdırdıqları silsilə terror aktlarının qarşısı alınıb. Həyata keçirilmiş tədbirlər nəticəsində 6 cinayətkar neytrallaşdırılıb, ikisi saxlanılıb” – FTX-nın məlumatında deyilir.




Bölməyə aid digər xəbərlər