Lukaşenkonun əsas rəqibinin Litvadakı ofisinə diplomatik status verilib
Tarix: 05-07-2021 13:41 | Bölmə: Dünya
Lukaşenkonun əsas rəqibinin Litvadakı ofisinə diplomatik status verilib

Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın Litvadakı Nümayəndəliyinə diplomatik status verilib.

Bu barədə Svetlana Tixanovskaya Litva xarici işlər naziri Qabrielius Landsberqislə birgə mətbuat konfransında bildirib.

"Bu gün Litva XİN başçısı Landsberqis Belarus Demokratiya Nümayəndəliyinə diplomatik statusu təqdim etdi. Belaruslulara verdiyi böyük dəstəyə və bizi ilk qəbul etdiyinə görə Litva hökumətinə dərin minnətdarlığımı bildirirəm. Biz birlikdə Belarusun Lukaşenko olmadığını sübut edirik", - deyə o bildirib.

Xatırladaq ki, Belarusda 2020-ci ilin avqustun 9-da prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini, S. Tixanovskayanın 10% səs topladığı elan edib.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində seçkinin nəticələrinə etiraz olaraq aksiyalar keçirilib.

Prezident seçkisində A. Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya təhlükəsizliyi ilə əlaqədar ölkəni tərk edərək Litvada sığınacaq alıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər