Rusiyada sərnişin təyyarəsi qəzaya düşüb - Ölənlər var
Tarix: 06-07-2021 11:42 | Bölmə: Dünya
Rusiyada sərnişin təyyarəsi qəzaya düşüb - Ölənlər var

Xilasedicilər “An-26” sərnişin təyyarəsinin düşdüyü yeri müəyyənləşdirblər.


Bunu FHN-nin əməkdaşı “RİA Novosti”yə bildirib.

Rəsmi qurumlar laynerin göyərtəsində olan 22 sərnişinin siyahısını açıqlayıb. Onlar arasında 2 uşaq və Palana qəsəbəsinin başçısı Olqa Moxirevan, qəsəbə səfərbərlik idarəsinin rəisi Aleksandr Andreykin və onun həyat yoldaşı, Palana maliyyə idarəsinin rəisi Olqa Andreykin də var.

“Kamçatka hava yolları” şirkəti qəzanı təsdiqləməyib.

Yerli hakimiyyət nümayəndələri bildirib ki, təyyarə istismar üçün yaralı olub. Ekipaj uçuşdan əvvəl yoxlamadan keçib. Bildirilib ki, “An-26” 1982-ci ildə istehsal olunub. “Kamçatka hava yolları” şirkəti yollarına məxsusdur. Müəssisədə Kamçatka diyarında uçuşları həyata keçirən 5 “An-26” fəaliyyət göstərir. Təyyarə 30 sərnişin tutumludur.

İtkin düşmüşü sayılan “An-26B-100” təyyarəsinin yaralılıq müddəti 2021-ci il avqustun 30-da başa çatır. Təyyarənin ilk istismarçısı “Aeroflot” olub.

Sonra “Air Mali”, “Perm Motos” və başqa şirkətlər istsmar edib. Layner 2013-cü ildən isə “Kamçatka Hava yollarında” istimar edilirmiş/Report.

***


Rusiyada sərnişin təyyarəsi radarlardan itib.

“RİA Novosti”nin xəbərinə görə, Petropavlovskdan Kamçatkanın Palan qəsəbəsinə uçan “An-26” sərnişin təyyarəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Məlumata görə, təyyarədə 6 ekipaj üzvü və 21 sərnişin var. Onlardan 2-si 12 yaşınadək uşaqdır.

Hadisə bölgəsinə axtarış-xilasetmə qrupu göndərilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər