Tacikistan prezidenti səfərbərlik elan edib
Tarix: 06-07-2021 13:57 | Bölmə: Dünya
Tacikistan prezidenti səfərbərlik elan edib

Tacikistan prezidenti İmomali Rahmon Tacikstan-Əfqanıstan sərhədini gücləndirmək məqsədi ilə ehtiyatda olan 20 min hərbçinin səfərbər edilməsi barədə sərəncam imzalayıb.

“Azadlıq” radiosunun tacik xidməti xəbər verir ki, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları iyulun 5-də “Taliban” hərəkatı silahlılarının Əfqanıstanın Bədəxşan əyalətinin Xoxon, Şikay, Nusay, Mohimay, Şuqnon və Sultan İşkaşim rayonlarını ələ keçirdiyini açıqlayıb. Əfqanıstanla Tacikistanın Bədəxşan əyaləti istiqamətində sərhədinin uzunluğu 910 km-dir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər