Akar: "Hava limanı işləmədiyi təqdirdə Əfqanıstanda səfirliklər bağlanacaq"
Tarix: 06-07-2021 16:51 | Bölmə: Dünya
Akar: "Hava limanı işləmədiyi təqdirdə Əfqanıstanda səfirliklər bağlanacaq"

“Kabul Beynəlxalq Hava limanının açıq olması, fəaliyyət göstərməsi lazımdır”.

Bunu nazir Hulusi Akar Əfqanıstanla bağlı açıqlamasında bildirib:

“Hava limanı işləmədiyi təqdirdə Əfqanıstanda səfirliklər bağlanacaq. Belə şəraitdə dövlət təcrid halına düşəcək. Beynəlxalq əlaqələr baxımından bu, çox ciddi çətinliklər yaradacaq. Bununla yanaşı, hava limanı rasional şəkildə işləməsə, təhsil, səhiyyə, ticarət üçün xaricə getməyə məcbur olanlar nə edəcəklər?”.

"Məqsədimiz əfqanıstanlı qardaşlarımızın təhlükəsizliyi, əmin-amanlığı və rifahı üçün iştirakımızı davam etdirməkdir. Bununla bağlı iyulun 7-də ABŞ-ın müdafiə naziri Lloyd Ceyms Austinlə telefon danışığımız olacaq. ABŞ-la təmaslarımız davam edir. İndiyədək qəti bir qərarımız yoxdur” - Hulusi Akar bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər