Prezidenti və xanımını güllələyənlər saxlanılıb
Tarix: 08-07-2021 10:59 | Bölmə: Dünya
Prezidenti və xanımını güllələyənlər saxlanılıb

Haitinin milli polisi, ölkə prezidenti Jovenel Moizin iqamətgahına hücum edərək onu öldürməkdə şübhəli bilinən şəxsləri saxlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin dövlət katibi Franç Ekzantyuz tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, qatillərlə bağlı ətraflı məlumat veriləcək. Dövlət katibi bildirib ki, mövcud vəziyyət ölkənin hüquq-mühafizə orqanlarının tamamilə nəzarəti altındadır.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moizin öldürülməsindən sonra ölkədə hərbi vəziyyət elan edilib.

Bu arada o da məlum olub ki, BMT Təhlükəsizlik Şurası bu gün Haiti prezidentinin öldürülməsindən sonra ölkədəki vəziyyət müzakirə ediləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər