Ərdoğan: “FETÖ-nün 15 iyul dövlət çevrilişi cəhdinin arxasında daha böyük şəbəkə var”
Tarix: 08-07-2021 13:53 | Bölmə: Dünya
Ərdoğan: “FETÖ-nün 15 iyul dövlət çevrilişi cəhdinin arxasında daha böyük şəbəkə var”

“FETÖ tərəfindən həyata keçirilən 15 iyul dövlət çevriliş cəhdi tariximizin ən böyük xəyanətlərindən biridir, bunun arxasında daha böyük bir şəbəkə var”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin vilayət sədrləri ilə birgə keçirilən iclasında çıxışı zamanı deyib.

Önümüzdəki həftə 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü olacağını xatırladan Türkiyə Prezidenti deyib ki, dövlət və xalq birliyi ilə bu çevrilişə cəhd edənlərin xain hücumları uğursuzluqla nəticələnib: “Türkiyəyə qarşı terror hücumları hazırda da davam etsə də, qarşısı alınır. Yeni hədəf iqtisadiyyatımız idi. Gecə yarısı əməliyyatlarla dəfələrlə hücum etdilər. Gəzi hadisələrində məqsəd nədirsə, iqtisadiyyatımıza olan hücumlarda da məqsəd eynidir, lakin Türkiyəyə qarşı olan bütün terror hücumlarında olduğu kimi, bunun da qarşısını aldıq, iqtisadiyyatımızı hücumlara qarşı gücləndirdik”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər