09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Aİ ilə İsveçrə bir-birinin peyvəndləmə sertifikatlarını tanıyıb
Tarix: 08-07-2021 15:52 | Bölmə: Dünya
Aİ ilə İsveçrə bir-birinin peyvəndləmə sertifikatlarını tanıyıb

Avropa İttifaqı ilə İsveçrə bir-birinin koronavirusa qarşı peyvəndləmə sertifikatlarını qarşılıqlı olaraq tanıdıqlarını açıqlayıb.

“TASS” xəbər verir ki, bu barədə Avropa Komissiyası sözçüsü Kristian Viqand brifinqdə bildirib:

“Avropa İttifaqı və İsveçrə rəqəmsal COVID-19 sertifikatlarının bərabər qüvvəyə malik olmasına dair razılığa gəliblər. İsveçrə Aİ-nin rəqəmsal yaşıl sertifikatını tanıyan ilk qeyri-Aİ ölkəsi oldu. Beləliklə, sabahdan (iyulun 9-dan) İsveçrədə verilən sertifikatlar Aİ məkanında qüvvədə olacaq, Aİ vətəndaşları da öz sənədlərini İsveçrədə təqdim edə biləcəklər”.

Xatırladaq ki, Aİ-nin rəqəmsal yaşıl sertifikatında sahibinin peyvəndlənməsi, COVID-19-a yoluxması halları, son 72 saat ərzində keçdiyi PCR testinin nəticəsinə dair məlumatlar yer alır. Həmin sertifikatın sahibləri Aİ daxili sərhədlərini keçərkən karantin tədbirlərindən azad olunur/Report




Bölməyə aid digər xəbərlər