09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Şimali Koreya liderinin səhhəti yenidən müzakirəyə çıxarılıb
Tarix: 08-07-2021 19:13 | Bölmə: Dünya
Şimali Koreya liderinin səhhəti yenidən müzakirəyə çıxarılıb

Cənubi Koreya səlahiyyətliləri son vaxtlar kəskin dərəcədə arıqlayan Şimali Koreya lideri Kim Çen Inın səhhətindən söz açıblar. Reyting.az “Bloomberg”-ə istinadla xəbər verir ki, onlar KXDR-dəki kəşfiyyat agentlərinin məlumatlarına istinad ediblər.

Millət vəkili Kim Ben Ki Şimali Koreya liderinin son vaxtlar 20 kiloqram arıqladığını bildirib. Eyni zamanda, o, liderin ölkədəki idarəetməsinə təsir edə biləcək ciddi bir sağlamlıq probleminin olmadığını vurğulayıb.

Siyasətçinin sözlərinə görə, diktator Şimali Koreyadakı böyük dövlət tədbirlərinə qatılmağa davam edir.

30 iyun tarixində KXDR-in dövlət mediası ölkə liderinin kilo itkisindən rəsmən bəhs edib. Cənubi Koreyanın "Choson Ilbo" qəzetinin mənbələri 170 santimetr boyla onun çəkisinin 140 kiloqram olduğunu, bu da 30-40 yaş arası insanlar üçün normanı aşdığını və hər hansı bir xəstəlik olduğunu göstərə biləcəyini qeyd ediblər. Bu, iyun ayının əvvəlində Kim Çen Inın dramatik kilo itkisi xəstəliyi barədə şayiələrə səbəb olub. Eyni zamanda, bəzi mütəxəssislər Şimali Koreya liderinin daha sağlam bir həyat tərzinə keçməsinin ani kilo itkisinin arxasında ola biləcəyini söyləyiblər.

Şimali Koreya Tədqiqat Mərkəzinin direktoru Sejong Çon Sun Çjanın sözlərinə görə, KXDR-in dövlət mediası liderin səhhətindəki problemlərlə bağlı fərziyyələrdən qaçmaq və bəlkə də təbliğat məqsədi ilə arıqladığını, insanların həyatını yaxşılaşdırmaq üçün çox çalışdığını bildirib.




Bölməyə aid digər xəbərlər