09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
KTMT Tacikistana hərbi yardımdan imtina edib
Tarix: 09-07-2021 00:07 | Bölmə: Dünya
KTMT Tacikistana hərbi yardımdan imtina edib

Tacikistanın Əfqanıstanla sərhəddini müdafiə etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələrinin cəlbinə ehtiyac yoxdur.

Reyting.az
xəbər verir ki, bunu KTMT birləşmiş qərargahının rəisi Anatoli Sidirov “Russia Today”ə müsahibəsində bəyan edib.

Anatoli Sidirov deyib ki, Tacikistan hərbçiləri sərhədin qorunması işinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Ölkənin yalnız texniki yardıma ehtiyacı var.

Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasının ardından ölkədəki “Taliban” yaraqlıları fəallaşıb. Onlar bir sıra əraziləri, o cümlədən də Tacikistanla sərhəd rayonlarını ələ keçiriblər. Sərhəd zastavalarında xidmət edən Əfqanıstan hökumət qüvvələrinin yüzlərlə hərbçisi isə ölüm təhlükəsi altında sərhədi keçərək Tacikistan ərazisinə daxil olublar.

Məsələ ilə bağlı Tacikistanın KTMT yanında daimi nümayəndəsi Həsən Sultonov sərhəd böhranının həlli üçün təşkilata müraciət edib.




Bölməyə aid digər xəbərlər