09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Rusiyada COVID-19: 25.766 yoluxma, 726 ölüm
Tarix: 09-07-2021 16:04 | Bölmə: Dünya
Rusiyada COVID-19: 25.766 yoluxma, 726 ölüm

Son gün ərzində Rusiya Federasiyasında COVID-19-dan 726 ölüm baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə Koronavirusun yayılması ilə mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.

Pandemiya başlayandan bəri Rusiyada koronavirusdan ümumən 141.501 ölüm qeydə alınıb.

Sankt-Peterburq (107) və Moskva (102) bu statistikada liderdir.

Koronavirusa yoluxmada da bu iki şəhər ilk sıradadır: Moskva - 6.643, Moskva vilayəti - 2.545, Sankt-Peterburq - 1.951.

Koronavirusun yayılması ilə mübarizə üzrə Əməliyyat Qərargahının məlumatına görə, Rusiyada yanvarın 2-dən bu yana (26.301) ən çox yeni koronavirusa yoluxma qeydə alınıb - 25.766.




Bölməyə aid digər xəbərlər