09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Moldova prezidentinin partiyası parlament seçkilərində qalib gəlib
Tarix: 12-07-2021 10:21 | Bölmə: Dünya
Moldova prezidentinin partiyası parlament seçkilərində qalib gəlib

Moldova Prezidenti Mayyu Sandunun "Hərəkət və Həmrəylik" Partiyası parlament seçkilərində səslərin 52,53 %-ni toplayıb.

 TASS xəbər verir ki, bülletenlərin 99,58 %-nin emalından sonra ikinci yerdə olan Kommunist və Sosialistlərin Seçki Bloku 27,36 % səs toplayıb.

Onlardan başqa seçki hüdudunu 5,78 % səs qazanmış regional Şora Partiyası keçə bilib. Büttenlərin emalı rəsmən tamamlanmasa da, kommissiyanın məlumatına görə, parlamentdəki 101 mandatdan əksəriyyətini M.Sandunun rəhbərlik etdiyi partiya qazanıb/Report.




Bölməyə aid digər xəbərlər