09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Sergey Lavrov ABŞ-ın hərbi bazaları ilə bağlı iddialara cavab verib
Tarix: 12-07-2021 16:38 | Bölmə: Dünya
Sergey Lavrov ABŞ-ın hərbi bazaları ilə bağlı iddialara cavab verib

“Razılığa əsasən, ABŞ-ın hərbi bazalarının və ya digər hərbi obyektlərinin KTMT ölkələrində meydana çıxması, təşkilat çərçivəsində təsdiq tələb edir, həm də heç kimdən bu cür müraciət yoxdur”.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. "Hər hansı bir KTMT üzvünün ərazisində xarici hərbi personalın olması ilə bağlı bütün suallar nizamnaməyə əsasən razılaşdırılmalıdır. Bu ölkələrin heç biri KTMT-yə müvafiq məsləhətləşmələrin aparılması zərurəti ilə bağlı hər hansı bir müraciət göndərməyib".

Sergey Lavrov, Orta Asiya ölkələrində yeni hərbi obyektlərin meydana gəlməsinin bölgənin təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil etdiyini söyləyib. "ABŞ-ın Orta Asiyada yeni hərbi təsislərinin olmasının təhlükəsizlik maraqlarına uyğun olmadığını düşünürəm".

Xatırladaq ki, “The Wall Street Journal” qəzeti Əfqanıstandan çıxarılan ABŞ qoşunlarının Orta Asiya ölkələrində yerləşdirilə biləcəyini yazıb.




Bölməyə aid digər xəbərlər