09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Hökumət qüvvələri Tacikistanla sərhəddə yerləşən rayonlardan "Taliban"çıları çıxarıb
Tarix: 13-07-2021 10:35 | Bölmə: Dünya
Hökumət qüvvələri Tacikistanla sərhəddə yerləşən rayonlardan "Taliban"çıları çıxarıb

Əfqanıstan Silahlı Qüvvələri və yerli özünümüdafiə dəstələri “Taliban” qruplaşmasının silahlılarını ölkənin Taciksitanla sərhəddə yerləşən Bədəxşan əyalətinin rayonlarından çıxarıblar.

“Sputnik Əfqanıstan” xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində “Taliban”ın 32 silahlısı ölüb, 14-ü yaralanıb. Məlumata görə, aviasiyanın dəstəyi ilə keçirilən əməliyyat nəticəsində qruplaşmanın 4 avtomobili, silah və sursat məhv edilib.




Bölməyə aid digər xəbərlər