09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
İran ABŞ-la məhbus mübadiləsinə hazırdır - Əli Rəbii
Tarix: 13-07-2021 17:54 | Bölmə: Dünya
İran ABŞ-la məhbus mübadiləsinə hazırdır

İran ABŞ-dakı iranlı məhbusların sərbəst buraxılması qarşılığında amerikalı məhkumları azad etməyə hazırdır.

Reyting.az
“Fars News”a istinadla xəbər verir ki, bunu hökumətin sözçüsü Əli Rəbii bildirib.

Onun sözlərinə görə, dünyanın istənilən yerində ABŞ-ın istəyi ilə həbs olunan bütün iranlı məhkumları ABŞ-dakı İran məhbusları hesab olunur.

Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə artıq rəsmi Tehranın ABŞ-dakı vətəndaşları ilə bağlı danışıqlar aparır. O, danışıqların hansı formada aparıldığını açıqlamayıb.

Bununla bərabər, iyun ayında İran parlamentinə ABŞ ilə hər hansı bir danışıqların aparılmasını qadağan edən qərar layihəsi müzakirəyə verilib. Bundan əvvəl Xətibzadə İranın məhbus mübadiləsi ilə bağlı ABŞ-la birbaşa dialoq aparmadığını bildirmişdi. Onun sözlərinə görə, Tehran ABŞ-dan Vaşinqtonun maraqlarını təmsil edən İsveçrə səfirliyi vasitəsilə amerikalıların bu istiqamətdə işləmək istəyi barədə mesajlar alıb.




Bölməyə aid digər xəbərlər