09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ərdoğan İsrail prezidenti ilə danışıb
Tarix: 13-07-2021 20:22 | Bölmə: Dünya
Ərdoğan İsrail prezidenti ilə danışıb

Türkiyə və İsrail prezidentləri Rəcəb Tayyib Ərdoğan və İshaq Herzoq arasında telefon söhbəti olub.

Reyting.az
“Walla News”a istinadla xəbər verir ki, dövlət başçıları iki ölkə arasındakı əlaqələrin Yaxın Şərqdə təhlükəsizlik və sabitlik üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.

Telefon danışığı zamanı tərəflər ölkələr arasında bir çox sahələrdə, xüsusən də enerji, turizm və texnologiya sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd ediblər.

Ərdoğan və Herzoq "vəziyyətin və İsrail-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasına da qatqı təmin edəcək İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində müsbət addımlar atmaq üçün fikir ayrılıqlarına baxmayaraq təmasların və davamlı dialoqun davam etdirilməsinin böyük əhəmiyyətini" vurğulayıblar.

İki lider arasındakı söhbət təxminən 40 dəqiqə davam edib.

Herzoq Baş nazir Naftali Bennett və xarici işlər naziri Yair Lapidi bu barədə əvvəlcədən xəbərdar edib.

On ildir ki, İsrail ilə Türkiyə arasındakı münasibətlər çətin olaraq qaldı və münasibətlər son bir neçə ildə xeyli pisləşib. Ancaq Ərdoğanın İsraili açıq şəkildə qınamalarına baxmayaraq, Ankara turizm və ticarət də daxil olmaqla, yəhudi dövləti ilə açıq əlaqələrini davam etdirib.




Bölməyə aid digər xəbərlər