09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
ABŞ-ın Türkiyədəki yeni səfiri kim olacaq?
Tarix: 14-07-2021 10:59 | Bölmə: Dünya
ABŞ-ın Türkiyədəki yeni səfiri kim olacaq?

ABŞ prezidenti Co Bayden Arizonadan olan keçmiş senator Ceff Fleyki ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib.

Reyting.az
xəbər verir ki, bu, Fleykin “Medium” ictimai elan saytında yayımlanan və Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilir.

Ceff Fleyk ABŞ və Türkiyə arasındakı münasibətlərin "strateji əhəmiyyətini" qeyd edib. O, indi "hər iki ölkə üçün əhəmiyyətli bir an" olduğunu bildirib.

Respublikaçı Fleyk 2013-2019-cu illərdə ABŞ Konqresinin yuxarı palatasında və 2001-2013-cü illərdə aşağı palatada Arizonanı təmsil edib. O, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü olub. Ceff Fleyk ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə təsdiqlənməsi üçün ABŞ senatorlarının təsdiqinə ehtiyac duyacaq.

Sabiq senator ölkənin əvvəlki lideri, həm də respublikaçı Donald Trampı dəfələrlə tənqid edib. Keçən il keçirilən prezident seçkilərindən əvvəl Fleyk demokrat Baydenə dəstək verib.




Bölməyə aid digər xəbərlər