09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Rusiyada COVID-19-dan 786 yeni ölüm qeydə alınıb
Tarix: 14-07-2021 13:24 | Bölmə: Dünya
Rusiyada COVID-19-dan 786 yeni ölüm qeydə alınıb

Rusiyada son gündə COVID-19-dan yeni ölümlərin maksimum sayı qeydə alınıb – 786 nəfər.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.

Beləliklə, bütün pandemiya dövründə ölənlərin sayı 145.278 nəfərə çatıb.

Moskva bu statistikada ilk sıradadır: son gündə Rusiya paytaxtında 109 nəfər vəfat edib.

Rusiya Federasiyasında COVID-19 xəstələrinin sayı 23.827 nəfər artaraq 5.857.002-yə çatıb.

Moskvada 3.699 yeni yoluxma qeydə alınıb.




Bölməyə aid digər xəbərlər