09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Beş iranlı jurnalisti qaçırmaqda ittiham olunur
Tarix: 14-07-2021 14:27 | Bölmə: Dünya
Beş iranlı jurnalisti qaçırmaqda ittiham olunur
(Fotodakı xanım Məsih Əlinecaddır)

ABŞ Ədliyyə Nazirliyi 4 nəfəri İran əsilli müxalif jurnalist Məsih Əlinecadı qaçırma cəhdində ittiham edib.

Reyting.az
IRNA-ya istinadla xəbər verir ki, Nyu-York federal məhkəməsi həmin şəxslərin həbsi barədə qərar çıxarıb. Hazırda Kaliforniyada yaşayan beşinci şəxsə qarşı da ittiham irəli sürülüb.

Beşliyin bütün üzvləri ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaq, bank saxtakarlığı, çirkli pulların yuyulması və casusluqda da təqsirləndirilirlər.

Açıqlamada, bu şəxslərdən birinin İranda yaşadığı və digər 3 şübhəlinin onun nəzarəti altında çalışdığı və kəşfiyyat şəbəkəsinin ən azı 2020-ci ilin iyun ayından bu yana İran hökumətinin jurnalist tənqidlərini susdurmaq səylərində iştirak etdiyi bildirilir.

Ədliyyə Nazirliyi şəbəkənin Kanada, İngiltərə və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla digər ölkələrdən olan şəxsləri hədəf aldığını iddia edib.




Bölməyə aid digər xəbərlər