09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
"Taliban" atəşkəslə bağlı şərtlərini açıqlayıb
Tarix: 15-07-2021 12:24 | Bölmə: Dünya
"Taliban" atəşkəslə bağlı şərtlərini açıqlayıb

“Taliban” qruplaşması üç aylıq atəşkəslə bağlı Əfqanıstan haimiyyəti qarşısında şərtlərini irəli sürüb.

“Sputnik Afqanistan” xəbər verir ki, bunu danışıqlarda “Taliban”ı təmsil edən nümayəndə heyətinin üzvü Nadir Nadiri Əfqanıstanın paytaxtı Kabulda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, BMT qruplaşma liderlərinin adlarını sanksiya siyahısından çıxarmalı, 7 min nəfəri həbsdən azad etməlidir: “Bu şərtlərə əməl olunacağı halda, “Taliban” üç aylıq atəşkəs rejiminə əməl etməyə hazırdır”.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başlayandan sonra qruplaşama fəallaşıb. Onlar iddia edirlər ki, Əfqanıstan ərazisinin 85 faizinə nəzarəti ələ keçiriblər/Report.




Bölməyə aid digər xəbərlər