Bayden: “Facebook” insanları öldürür”
Tarix: 17-07-2021 11:31 | Bölmə: Dünya
Bayden: “Facebook” insanları öldürür”

“Facebook” insanları öldürür”.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

Onun sözlərinə görə, “Facebook” kimi sosial media platformaları koronavirus peyvəndləri haqqında səhv məlumatların yerləşdirilməsinə icazə verərək insanları öldürür.

“Pandemiya ancaq peyvənd olunmamışlar arasındadır. İnsanları öldürürlər”.

COVID-19 barədə yalnış məlumatları “Facebook”, “Twitter” və sahibi olduğu “YouTube” da daxil olmaqla, sosial media saytlarında yayılıb.

“Facebook” COVID-19 və bunun üçün peyvəndlərlə bağlı spesifik yalan iddialara qarşı qaydalar tətbiq edib və insanlara mövzu ilə bağlı etibarlı məlumatlar verdiyini bildirib.

Şəbəkə sözçüsü Kevin MakAlister bildirib:

"Faktla dəstəklənməyən ittihamlar bizi yayındırmayacaq. Fakt budur ki, “Facebook”-da 2 milyarddan çox insan COVID-19 və peyvəndlər haqqında nüfuzlu məlumatlara İnternetin hər yerindən daha çox baxıb. 3.3 milyondan çox amerikalı da peyvəndin harada və necə aparılacağını öyrənmək üçün “Peyvənd Tapma” alətimizdən istifadə edib. Faktlar göstərir ki, “Facebook” insanları xilasına kömək edir”.

“Twitter” və “YouTube” şərh tələblərinə cavab verməyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər