Rusiyada COVID-19-dan daha 787 ölüm qeydə alınıb
Tarix: 17-07-2021 12:32 | Bölmə: Dünya
Rusiyada COVID-19-dan daha 787 ölüm qeydə alınıb

Son 24 saatda Rusiya Federasiyasında 787 COVID-19 xəstəsi ölüb.

Reyting.az
xəbər verir ki, bu barədə Koronavirusun yayılması ilə mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.

Beləliklə, pandemiya başlayandan bəri Rusiyada koronavirusdan ölənlərin sayı 147.655 nəfərə çatıb.

Xüsusilə, Sankt-Peterburqda (105) və Moskvada (102) ölənlərin sayı azalmır.

Rusiya Federasiyasında son gündə aşkarlanan COVID-19-a yoluxma sayı 25.116 nəfər olub. (ümumən 5.933.115). Moskva yenə də ilk sıradadır – 4.561.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər