16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Almaniya və Belçikada sel nəticəsində ölənlərin sayı 150-ni keçib
Tarix: 17-07-2021 12:56 | Bölmə: Dünya
Almaniya və Belçikada sel nəticəsində ölənlərin sayı 150-ni keçib

Almaniya və Belçikada güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı artıb.

"Sky News"un verdiyi xəbər görə, iki ölkədə ölənlərin sayı artıq 150-ni keçib.

Son məlumatlara görə, Almaniyada sel nəticəsində ölənlərin sayı 133-ə çatıb. Ən çox itki ölkənin qərbində - Reynland-Pfalz və Şimali Reyn-Vestfaliya federal torpaqlarında qeydə alınıb.

Belçikada isə sel nəticəsində 27 nəfərin öldüyü təsdiqlənib. Ölkənin daxili işlər naziri Annelies Verlinden bildirib ki, 20 nəfər hələ də itkindir/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}