İranda su qıtlığına görə etiraz aksiyası keçirilib, bir nəfər ölüb
Tarix: 17-07-2021 13:35 | Bölmə: Dünya
İranda su qıtlığına görə etiraz aksiyası keçirilib, bir nəfər ölüb

İranın Xuzistan əyalətindəki quraqlıq səbəbindən yaranan susuzluğa görə keçirilən etiraz aksiyaları nəticəsində bir nəfər ölüb.

İRNA xəbər verir ki, bu barədə Xuzistan əyaləti valisinin səlahiyyətlərini icra edən Ümid Səbripur bildirib.

Onun sözlərinə görə, nümayişi dağıtmaq üçün açılan atəş təsadüfən həmin şəxsə dəyərək öldürüb.

Müşahidəçilər bildiriblər ki, etiraz aksiyası dağıdılan zaman döyüş gülləsindən istifadə edilib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər