Ərdoğan “Taliban”a səslənib: “Planlarımızı yerinə yetirəcəyik”
Tarix: 19-07-2021 15:55 | Bölmə: Dünya
Ərdoğan “Taliban”a səslənib: “Planlarımızı yerinə yetirəcəyik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfəri öncəsi Əfqanıstanda baş verənlərdən danışıb, ələlxüsus da “Taliban” hərakatına müəyyən mesajlar verib.

Reyting.az
türk liderin “Taliban” rəhbərlərinə çağırışının ana xətlərini təqdim edir:

“Taliban”ın verdiyi açıqlamalarda “Türkiyəni istəmirik” kimi ifadələr yoxdur. Bəzi açıqlamalarında guya bizə qarşı hansısa yanaşmaları var. Türkiyə hökumətinin mövqeyini çox yaxşı bilirlər.

Türkiyə rəhbərliyi olaraq bəzi planlarımız var. Planlarımızı da yeri gəldikcə yerinə yetirəcəyik. Həm Xarici İşlər Nazirliyi, həm də şəxsim olaraq, inşallah, “Taliban”la görüşlər keçirmək, hansı məsələləri müzakirə etmək, bunun hara çatacağının içindəyik.

“Taliban” hərakatının Əfqanıstandakı yanaşmaları bir müsəlmanın digər müsəlmana yanaşması deyil.

Türkiyədən “Taliban”a səslənirik. “Taliban”ın işğal hərəkətlərini davam etdirməsi doğru deyil. Bunu dayandırması lazımdır”.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl “Taliban” hərakatı Türkiyə ilə bağlı açıqlama verib. Sözügedən açıqlamada Türkiyədən Əfqanıstanda əsgər saxlamaması çağırışı edilib, Türkiyənin ölkədə qalmasının ikili əlaqələrə ziyan verəcəyi bildirilib və hansı ölkə olmasından asılı olmayaraq Əfqanıstanda qalan bütün tərəflərə qarşılıq veriləcəyi diqqətə çatdırılıb. Qeyd edilib ki, yaranacaq bütün nəticələrə görə, cavabdeh Əfqanıstanın daxili işlərinə qarışan tərəflər olacaq.

“Taliban” 8 maddəlik şərtində Türkiyə rəhbərliyindən Əfqanıstanla bağlı qərarını bir daha gözdən keçirməsini istəyib.

İndi prezident Ərdoğanın “Taliban”a mesajı göstərir ki, Ankaranın bu ölkədə ciddi planları var və bu məsələdə Pakistan kimi müttəfiqinə etibar edə bilər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər