Tehranda koronavirusa görə yeni məhdudiyyətlər tətbiq olunur
Tarix: 19-07-2021 17:53 | Bölmə: Dünya
Tehranda koronavirusa görə yeni məhdudiyyətlər tətbiq olunur

Tehranda koronavirusa yoluxmaların artması ilə əlaqədar banklar və ticarət müəssisələri bağlanır.

İRİB xəbər verir ki, koronavirusla mübarizə qərargahının əməliyyat şöbəsi katibi Babək Dinpərəst paytaxt Tehranda və qonşu Əlborze əyalətində bankların və ticarət məkanlarının 6 gün müddətinə bağlandığını açıqlayıb.

Eyni zamanda paytaxtın mərkəzi bazarı da bağlanacaq.

Qeyd edək ki, ötən 24 saat ərzində ölkədə 25.441 yoluxma qeydə alınıb. Hazırda “qırmızı təhlükə” zonasına Tehran, Xuzistan, Baloçistan əyalətləri aiddir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}