20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Putin ABŞ-ın seçkiyə müdaxilə ittihamlarına cavab verib
Tarix: 03-03-2018 07:27 | Bölmə: Dünya
Putin ABŞ-ın seçkiyə müdaxilə ittihamlarına cavab verib

Rusiya dövlət orqanları ölkə qanunlarını pozmayan vətəndaşları təqib edə bilməz. Vaşinqton ABŞ-dakı prezident seçkilərində Rusiyanın müdaxiləsi faktını təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir.

Bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində deyib.

“Əvvəlcə mən onların nə etdiklərini görməliyəm. Bizə məlumatlar verin, materiallar təqdim edin. Sizin hüquq sahəsində diplomlu insanlarınız hökmən olmalıdır. Bununla bərabər, bütün sənədlər mətbuat və ABŞ Konqresindəki fəryadlardan yox, rəsmi kanallardan keçməlidir”, - deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, fevralın 16-da ABŞ Ədliyyə nazirliyi prezident seçkilərinə müdaxilə etdikləri üçün Rusiyanın 13 vətəndaşı və bu ölkənin 3 şirkətinə qarşı ittiham irəli sürüb.

ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər