Azərbaycan və Türkiyənin aviasiya vasitələri birgə hava kəşfiyyatı aparıb - Video
Tarix: 21-10-2023 18:16 | Bölmə: Gündəm
Azərbaycan və Türkiyənin aviasiya vasitələri birgə hava kəşfiyyatı aparıb

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir.

Reyting.az
Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbəır verir ki, bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər.

Qeyd edək ki, ölkəmizdə 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}