Prezident icra başçısını vəzifədən azad edib - Yeni təyinat
Tarix: 25-10-2023 14:58 | Bölmə: Gündəm
Prezident icra başçısını vəzifədən azad edib - Yeni təyinat

Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Firdovsi Əliyev ekologiya və təbii sərvətlər nazirinin sabiq müavinidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}