Azərbaycanla BƏƏ-nin “Masdar” şirkəti arasında sənədlər imzalanıb
Tarix: 26-10-2023 15:14 | Bölmə: Gündəm
Azərbaycanla BƏƏ-nin “Masdar” şirkəti arasında sənədlər imzalanıb

Bu gün prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti arasında sənədlərin imzalanması mərasimi olub.

Reyting.az
xəbər verir ki, Azərbaycan Hökuməti tərəfindən energetika naziri Pərviz Şahbazov, Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və “Masdar”ın baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Neftçala rayonunun Bankə qəsəbəsində Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Biləsuvar rayonunda Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni və “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni imzalayıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}