Qarabağda separatçıların partladıcılar hazırlandığı emalatxana aşkarlanıb - Video
Tarix: 27-10-2023 09:48 | Bölmə: Gündəm
Qarabağda separatçıların partladıcılar hazırlandığı emalatxana aşkarlanıb - Video

Qarabağ bölgəsində əraziyə baxış zamanı kustar üsullarla əldəqayırma partladıcı vasitələrin hazırlandığı emalatxana aşkar olunub.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, emalatxanada xeyli sayda dron vasitəsilə daşınabilən əldəqayırma minalar və onların hazırlanmasında daha çox insan tələfatına nail olmaq üçün istifadə edilən metal parçalar, eləcə də müxtəlif təxribatların törədilməsi məqsədilə kustar üsullarla hazırlanan digər partlayıcı qurğuların olduğu müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri məhz bu kimi emalatxanalarda kustar üsullarla hazırlanan müxtəlif partladıcılardan istifadə ediblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}